XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 May 2018 - 03:11

İsraillə İran toqquşdu –Hələlik Colan təpələrində

İsrail aviasiyası Suriya ordusunun Colan yüksəkliyindəki mövqelərini atəşə tutub.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyi “Əl-Mayədin” telekanalına istinadən xəbər verib.

Bundan əvvəl Colan yüksəkliyində İsrail hərbçilərinin nəzarətindəki ərazi  Suriya istiqamətindən atəşə tutulub.

İsrail Müdafiə ordusunun yaydığı açıqlamada isə bildirilir ki, İrana tabe qüvvələr tərəfindən əraziyə 20-dək raket buraxılıb, raketlərin əksəriyyəti vurulub.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və yaralanan olmayıb.