XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

10 May 2018 - 13:50

“Bu gün bu siyasəti prezident İlham Əliyev layiqli şəkildə davam etdirir” –Putindən müraciət

Heydər Əliyevin siyasi müdrikliyi və böyük təşkilatçılıq qabiliyyəti ona ölkədə və onun sərhədləri xaricində böyük nüfuz qazandırıb”.

Bu sözlər Rusiya Prezidenti Vladimir Putinin müraciətində yer alıb.

Müraciəti “Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs” adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılış mərasimində Rusiya prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxuyub.

Müraciətdə həmçinin Heydər Əliyevin ölkənin inkişafı üçün Rusiya ilə konstruktiv tərəfdaşlıq, mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlıq qurulmasının əsas şərtlərdən hesab etdiyi vurğulanıb.

“Bu gün bu siyasəti hazırkı prezident İlham Əliyev layiqli şəkildə davam etdirir”, – Rusiya prezidentinin müraciətində deyilir/Report.