XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

10 May 2018 - 15:59

“Çox keçməyəcək və Paşinyan xalqın kumirindən uğursuz liderə çevriləcək” –Rusiyalı politoloq

“Paşinyanın Türkiyə ilə sərhədlərin açılması məsələsinə yanaşması, fikrimcə, onun idarəetməsinin perspektivsizliyidir”.

Bu sözləri Feysbuk səhifəsində rusiyalı politoloq Andrey Yepifantsev paylaşıb.

“Çox zaman keçməyəcək və Paşinyan xalqın kumirindən uğursuz liderə çevriləcək. Prinsipcə, Ermənistanın “siyasi prinsiplərindən” (Qarabağ və qondarma erməni soyqırımı – red.) imtina etmədən, blokadada və nəqliyyat marşrutlarından kənarda qalmaqla iqtisadiyyatı qaldırıb, vətəndaşların yoxsulluq səviyyəsini necə aşağı salmaq olar? Hələlik, ermənilər hesab edirlər ki, siyasi priniplərdən imtina etməyəcəklər. O zaman belə çıxır ki, hakimiyyətə ya sehrbaz gəlməli və nəzəri olaraq çarəsiz situasiyadan konfet düzəltməyi bacarmalı, ya da onların xərclərini başqaları ödəməlidir. Bunlar isə ya Rusiya, Avrasiya İttifaqı, ya Qərb, yaxud Rusiya-Qərb (birgə) və ya diaspor olmalıdır. Yəni kim edirsə etsin, amma qürurla öz prinsiplərinə sadiq qalsınlar.

Bugünkü ana qədər belə cəhdlər Ermənistan üçün uğurlu olmayıb, amma çox aktiv şəkildə davam edir. Paşinyanın iqtisadi proqramı zəif və populistdir. O, mikroskopik erməni bazarının demonopolizasiyasından, kölgə iqtisadiyyatıyla mübarizədən və sairədən danışır. Ermənistanın saxlanılmasına mənbə kimi isə o, yenə də strateji tərəfdaşlarını görür. Aktiv şəkildə varli diasporu ölkəyə cəlb etmək Qərbə doğru getmək deməkdir. Bu isə Rusiyadan gələn mənbələrin qapadılması və həm də Ermənistanın sonu deməkdir.

Paşinyan iqtisadiyyata yeni heç nə gətirmir. O, Ermənistanın siyasi tələblərindən də imtina etmir, nəticədə Ermənistanı iqtisadi kollapsa aparır. Digər tərəfdən, Paşinyan başqa ölkələrdən pul gətirib, vətəndaşları yemləyəcəyini deyir, lakin hələ də bəlli deyil ki, onlar niyə Ermənistana bu pulları verməlidirlər. Paşinyanın proqramı Ermənistanın blokadadan və təcriddən çıxarmayan, indiki siyasi mövqeyini qoruyub saxlayan digər proqramlar kimi uğursuzluğa məhkumdur. Məncə, bir il ərzində biz Paşinyanın iqtisadiyyat və rifah məsələsində heç nə edə bilməyəcəyini görəcəyik. Demək ki, ictimaiyyətdə neqativ əhval-ruhiyyə güclənəcək və yeni kumir axtarılacaq”, – deyə o, bildirib/Axar.az.