XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 May 2018 - 19:03

Trampla Kim Çenin görüşəcəyi dəqiqləşdi- ABŞ lideri vaxtı və yeri açıqladı

ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen İnlə nə vaxt və harada görüşəcəyi məlum olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tramp özünün “Twitter” hesabında məlumat yayıb.

Tramp bildirib ki, görüş iyunun 12-də Sinqapurda baş tutacaq.

ABŞ prezidenti onu da qeyd edib ki, hər iki lider bu görüşün bütün dünyada sülh adına xüsusi hadisəyə çevrilməsinə çalışacaq.

Bundan əvvəl bir neçə ölkə görüşə ev sahibliyi etmək üçün müraciət etsə də, Ağ Ev rəhbəri görüşün məhz Sinqapurda keçirilməsinə qərar verib.

Strateq.az