XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

10 May 2018 - 20:26

“İranla İsrail arasında artan gərginlik həyəcan yaradır” –Rəsmi Moskva hərəkətə keçdi

İran və İsrail arasında artan gərginliyin həyəcan təbili çaldığı qənaətindəyik.

Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Bütün problemlərin dialoqla həll edilməsinin tərəfdarıyıq. İsrail tərəfi ilə aparılan danışıqlarda tərəflərə gərginlikdən uzaq durmağa çağırış edilib. Prezident Vladimir Putinlə İsrail Baş naziri Benyamin Netanyahu arasında dünənki danışıqda da bu barədə fikir mübadiləsi aparıldı”, – XİN rəhbəri bildirib.

Lavrov onu da əlavə edib ki, Qolan yüksəkliklərində İranla İsrail arasında yaşanan gərginlik Rusiya tərəfindən araşdırılır/Axar.az.