Bu gün Prezident İlham Əliyev “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”ində dəyişiklik edilməsi haqqında fərman verib.
Strateq.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2099; 2017, № 8, maddə 1521; 2018, № 2, maddə 193) ilə təsdiq edilmiş “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”nin 3.2-ci bəndi aşağıdakı redaksiyada verilib:
“3.2. Pilot layihə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərinə münasibətdə 2017-ci il yanvarın 1-də, Ağdaş rayonunun inzibati ərazisinə münasibətdə isə 2018-ci il fevralın 17-də başlayır və 2019-cu il fevralın 1-də başa çatır.”.