XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 May 2018 - 16:44

Binəli Yıldırım Paşinyana cavab verdi:“Ermənistan Türkiyəyə ərazi iddialarından əl çəkməlidir”

Türkiyənin baş naziri Binəli Yıldırım Ermənistanın yeni baş naziri Nikol Paşinyanın “Türkiyə ilə şərtsiz diplomatik əlaqələr qurmağa hazırıq” açıqlamasına münasibət bildirib.

Yıldırım bildirib ki, əvvəlcə Ermənistan uzun illərdir Türkiyənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığına qarşı iddialarından əl çəkməlidir: “Əgər Ermənistan bu iddialarından imtina edərsə və yeni bir səhifə açmaq istəyərsə, bunlarla bağlı detalları görüb, cavab verə bilərik. Biz başda qonşularımız olmaqla, heç kimlə düşmən olmağı arzu etmirik. Belə bir təklif varsa, ölkəmizin maraqları çərçivəsində dəyərləndirə bilərik”.

APA