XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

12 May 2018 - 16:44

BMT baş katibi:"Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunacağına ümid edirəm"

BMT Baş katibi Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunacağına ümidvar olduğunu bəyan edib.

Trend-in məlumatına görə, bu barədə Baş katibin Ermənistanın yeni Baş naziri Nikol Paşinyana göndərdiyi təbrik məktubunda deyilir.

Antoniu Quterreş qeyd edib ki, BMT qəti şəkildə ATƏT-in Mİnsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səyləri dəstəkləyir:

“Ümid edirəm ki, münaqişənin həlli prosesində yaranmış bu həssas məqam yüksək və müsbət nəticələrə gətirib çıxaracaq ki, bu da Cənubi Qafqazda sülhün möhkəmliyini təmin etmiş olacaq”.

1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.