XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

13 May 2018 - 10:55

Tbilisidə etiraz aksiyası dayandırılıb –Günortaya yenidən aksiya təyin olunub

  

Tbilisidə parlament binası qarşısında dünən saat 15:00-dan bu gün səhərə qədər davam edən etiraz aksiyası dayandırılıb.

 APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, polis tərəfindən aksiya iştirakçılarının qurduğu çadırlar sökülüb.

Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub. Səhər saatlarında ictimai asayişi pozan 3 aksiya iştirakçısı saxlanılıb.  Etirazların təşkilatçılarından olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili aksiyanın bu gün saat 15:00-da bərpa olunacağını bildirib. Hərəkat lideri qeyd edib ki, aksiyanın tələbi dəyişməz olaraq qalır. Etirazçılar gecə klublarında 8 nəfərin saxlanılması ilə nəticələnmiş xüsusi əməliyyatla bağlı baş nazir Giorgi Kvirikaşvilidən mövqeyini açıqlamasını tələb edirlər.