XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

13 May 2018 - 11:20

Tramp və Mey İranla bağlı sazişi müzakirə edib –London Tehranla işləyən ingilis biznesinin müdafiəsinə qalxıb

 

 Britaniya baş naziri Tereza Mey və ABŞ prezidenti Donald Tramp cümə günü aralarındakı telefon danışıqları zamanı razılaşıblar ki, ABŞ-ın İrana tətbiq edəcəyik sanksiyaların ölkədə fəaliyyət göstərən xarici şirkətlərə necə təsir edəcəyini müzakirə edilməsinə ehtiyac duyulur.

Trampın Birləşmiş Ştatları İran Nüvə Sazişindən çıxarması qərarı və ABŞ-ın İrana qarşı iqtisadi sanskiyaları bərpa etməsi niyyəti sazişdə qalmaq öhdəliyi götürmüş və İranla əhəmiyyətli iqtisadi bağlara malik olan Britaniya, Fransa və Almaniyanın liderlərinin təlaşına səbəb olub.

“Baş nazir ABŞ-ın sanksiyalarının hal-hazırda İranda fəaliyyət göstərən xarici şirkətlərə potensial təsirləri ilə bağlı məsələni qaldırıb.” – deyən Meyin sözçüsü bildirib ki, “onlar hər iki tərəfin komandaları arasında danışıqların keçirilməsinə razılaşıblar.”

Sözçü deyib ki, Mey Trampa Britaniyanın və onun avropalı tərəfdaşlarının öhdəliklərində möhkəm olduğunu və sazişin İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq üçün ən yaxşı yol olduğunu bildirib. İran deyir ki, onun nüvə proqramı yalnız sülh məqsədləri üçündür. Hər iki lider həm də, İranın bir neçə gün öncə İsrail qoşunlarına qarşı həyata keçirdiyi raket hücumlarını qınayıb və İsrailin özünü müdafiə etmək hüququu dəstəkləyib. (Amerikanın Səsi)