XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 May 2018 - 15:32

Nəhayət, Qobustan qəsəbəsinin də parkı oldu –Açılış (FOTOLAR)

Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni mədəniyyət-istirahət parkı salınaraq, artıq əhalinin istifadəsinə verilib.

Strateq.az yerli sakinlərə istinadla xəbər verir ki, uzun illər qəsəbə ərazisində park olmadığından, bu parkın salınması və istifadəyə verilməsi Qobustan sakinlərinin böyük sevincinə səbəb olub, bu səbəbdən açılış mərasimində də fəal iştirak ediblər.

Açılış mərasimində qəsəbə sakinləriylə bərabər, Qaradağ rayonunun rəhbərliyi də aktiv iştirak edib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov öncə əhalinin asudə vaxtının səmərəli təşkili üçün parkda görülən işlərlə yaxından tanış olub, sonra da elə parkdaca səyyar qəbul həyata keçirib.

Tədbirdə iştirak edən sakinlər, xüsusən də ağsaqqallar qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirərək, qəsəbənin digər problemləri haqqında geniş danışıblar.

Süleyman Mikayılov sakinlərin qaldırdıqları problemləri dinləyərək, onların həlli üçün aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verib, eyni zamanda Qaradağ rayonu, o cümlədən də Qobustan qəsəbəsi ərazisində bundan sonra görüləcək digər işlər barədə danışıb. O, Qaradağ rayonunun strateji əhəmiyyətinə diqqət çəkərək, onun böyük iqtisadi inkişaf potensialının olduğunu və həyata keçiriləcək irimiqyaslı layihələrlə rayonun bütün qəsəbələrini yüksək tərəqqinin gözlədiyini bildirib.