XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

13 May 2018 - 20:14

Türkiyədə altı namizəd prezidentlik uğrunda mübarizə aparacaq –Adlar təsdiqləndi

Türkiyədə keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin adları təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Ali Seçki Komissiyasının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan, Doğu Perinçek, Meral Akşenər, Məhərrəm İncə, Səlahəddin Dəmirtaş və Teməl Karmollaoğlu prezidentlik uğrunda mübarizə aparmaq hüququ qazanıblar.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Deputatlıq uğrunda mübarizə aparacaq şəxslərin qeydiyyatı isə davam etməkdədir