XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

14 May 2018 - 12:12

Rusiyalı oliqarx sanksiyaların hədəfində –Deripaska ABŞ-dan aldığı iki təyyarəsini satışa çıxardı

 

 “Rusal” şirkətinin rəhbəri, Rusiyanın ən varlı adamlarından sayılan Oleq Deripaska ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsiri altına düşüb.

 Strateq.az Reuters”ə istinadən xəbər verir ki, milyarder lizinqə götürdüyü üç özəl təyyarəsini bu səbəbdən geri qaytarmağa məcbur olub. Mənbə bidirlib ki,  ABŞ tərəfindən tətbiq edilən son sanksiyalar oliqarxa həmin təyyarələrdən istifadə etməyə imkan vermir. Çünki Deripaskanın biznes-jetləri ABŞ-ın “Gulftream Aerospace” korporasiyasının istehsalıdır. Nəticədə Deripaskanın hava donanmasının iki gəmisi hazırda satışa çıxarılıb, onların hər birinin qiyməti 30 milyon dollardır.

Təyyarələrin kreditorları “Credit Suisse” və “Raiffeisen” banklarıdır. Vasitəçi şirkət üzərindən onları Deripaskanın şirkətlərindən birinin adına lizinqə götürüblər. Bu barədə təyyarələri satışa çıxaran “Freestream” şirkətinin direktoru Əlirza İttihadiye bildirib: “Deripaska sanksiyalar altındadır, onun şirkətləri sanksiyalar altındadır. Deməli o təyyarələri geri qaytarmalıdır. O, sanksiyaların qaydasına əsasən lizinq müqaviləsini vaxtından əvvəl dayandırmalıdır”-İttihadie bildirib.

Təyyarələrdən Deripaska özü və onun şirkətlərinin yüksək rütbəli menecerləri istifadə edib. Deripaskanın “Rusal” şirkəti təyyarələrin geri qaytarılmasını şərh etməyib.

Xatırladaq ki, Oleq Deripaskanın aliminium nəhəngi “Rusal”ın səhmləri sanksiyalardan bir nüçə gün sonra azı qala üç dəfə dəyərdən düşüb. Nəticədə bir milyard dollara yaxın pul itirib.