“Qüdslə bağlı beynəlxalq qərarların birtərəfli olaraq nəzərdən keçirilməsi qeyri-mümkündür. Bu, qəbuledilməzdir”.
Bu açıqlama ilə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
“Rusiya ABŞ-ın Qüdsdə səfirlik açmaq qərarına mənfi yanaşır. Bu qərarla bağlı mənfi fikrimizi daha öncə bir neçə dəfə bildirdik. Rusiya Prezidenti Vladimir Putin də bu yöndə düşüncələrini açıqlayıb”, – Lavrov söyləyib/Axar.az.