XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 May 2018 - 22:04

“Yayım Şurası Balakişi Qasımovu bir dəfə seçibsə….” –Keçmiş direktordan İTV-dəki müəmmaya reaksiya

“Balakişi Qasımov kifayət qədər savadlı və intellektual kadrdır. Onun İctimai Televiziyanın rəhbərliyinə gəlməsi məni sevindirir. Çünki həmin vəzifə onun yeridir. Balakişi Qasımovun istedadına, təşkilatçılığına bələdəm. İnanıram ki, İTV bir vaxtlar sahib olduğu böyük prestiji Balakişi Qasımovun dövründə yenidən qazanacaq”.

Bu sözləri Kult.az-a açıqlamasında İTV-nin ilk direktoru, tanınmış jurnalist İsmayıl Ömərov Cəmil Quliyevin istefasından sonra onun vəzifəsini icra edən B.Qasımovun kanalda hansı dəyişiklikləri edə biləcəyinə münasibətində deyib. İ.Ömərov qeyd edib ki, B.Qasımovun sədr seçiləcəyinə inanır:

“Artıq seçki elan edilib və B.Qasımov da namizədliyini irəli sürüb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası onu bir dəfə seçibsə, yenə də ona üstünlük verəcəyinə inanıram və bunun da müsbət nəticəsini tamaşaçılar müşahidə edəcək. O, kollektivin gücündən, bacarığından istifadə edib tamaşaçıları sevindirəcək”.

Qeyd edək ki, mayın 11-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclasında telekanalın baş direktoru Cəmil Quliyevin istefa ərizəsi qəbul edilib və onun səlahiyyətlərinə xitam verilib. Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Sadəcə, prosedur qaydası pozulub. Belə ki, Yayım Şurası müsabiqə elan olunmadan və namizədlər verilmədən seçimini edib.

Bu gün Milli Televiziya və Radio Şurası Balakişi Qasımovun İTV-nin baş direktoru seçilmədiyi, bu vəzifəni müvəqqəti icra etdiyini açıqlayıb. Bu səbəbdən MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun seçilməsi üçün müsabiqə elan edildiyini açıqlayıb.