XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 May 2018 - 22:40

Avropa Birliyindən Rusiyaya qarşı daha bir addım –Sanksiyalar genişləndirildi

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları genişləndirərək daha 5 fiziki şəxsin adını siyahıya salıb. Onlar Krım və Sevastopolun seçki komissiyalarının əməkdaşlarıdır.

Bu barədə jurnalistlərə AB-dəki diplomatik mənbə məlumat verib.

Mənəbə sanksiyaların səbəbi kimi martın 18-də Krımda da Rusiya prezidenti seçkilərinin keçirilməsini göstərib. Bildirib ki, sanksiyalar sabah dərc olunduqdan sonra rəsmən qüvvəyə minəcək.

Bu addımı qeyri-konstruktiv adlandıran Rusiya Mərkəzi Seçki Komissiyası Avropa siyasi isteblişmentini baş verən hüquqi və obyektiv siyasi hadisələri qəbul edə bilməməkdə ittiham edib. Bildirilib ki, Krım əhalisinin səsvermədə iştirakı nəinki ölkə Konstitusiyasına, həmçinin beynəlxalq standartlara cavab verib.

Qeyd edək ki, daha öncə Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə Avropa İttifaqının Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyi bildirilirdi/Virtualaz.org.