XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2018 - 17:59

XİN başçısı həmsədrlərlə görüşdü:"Qarabağla bağlı danışıqlar davam edəcək"

 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ilə görüşüb.

Bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Görüşdə Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığı nəzərə alınaraq danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub.

Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.

Görüş əsnasında danışıqlar prosesinin irəliləməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub/Report.