XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2018 - 21:58

“ABŞ-ın əsl hədəfi İranda rejim dəyişikliyidir” –Rusiya XİN-dən bəyanat

ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasının əsl hədəfi İranda rejim dəyişikliyidir.

Bunu “Valday” klubunda çıxışı zamanı Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

“ABŞ əvvəlcə deyir ki, davranışlarınızı korrektə edin, sonra bəlli olur ki, korreksiya əvəzinə rəngli inqilab baş tutub. Nüvə razılaşmasında qalan ölkələr fəaliyyət parametrləri barədə razılaşmalıdırlar”, – deyə o, bildirib.

Qeyd edək ki, ABŞ-ın İranda inqilab niyyəti ilə bağlı Rusiya diplomatları son bir neçə gündə ardıcıl bəyanatlar veriblər/Axar.az.