XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 May 2018 - 22:14

Tramp:"Şimali Koreya Sinqapur sammitinin ləğvi barədə heç bir məlumat verməyib"

“ABŞ iyunun 12-də Sinqapurda keçirilməsi nəzərdə tutulan yüksək səviyyəli ikitərəfli sammitin ləğvinə dair Şimali Koreyadan məlumat almayıb”.

“Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Bizi məlumatlandırmayıblar. Biz heç bir məlumat almamışıq. Görək, nə olacaq”, – Tramp jurnalistlərə açıqlamasında deyib.

Bir qədər öncə Ağ Evin mətbuat katibi Sara Sanders “Fox News” telekanalına müsahibəsində deyib ki, KİV-lərin məlumatına baxmayaraq, ABŞ ümid edir ki, Donald Trampla Kim Çen Inın görüşü baş tutacaq.