XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

18 May 2018 - 18:17

Jirinovskidən Qarabağ separatçılarına dəstək:“Onlar da danışıqlar prosesində iştirak etməlidirlər”

Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Naşa Sreda” nəşrinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində separatçıların iştirakı məsələsini şərh edib.

Jurnalistin sualını cavablandıran Jirinovskinin sözlərinə görə, istənilən danışıqlar doğrudur və orada münaqişə tərəflərinin hamısı iştirak etməlidir: “Dağlı Qarabağın nümayəndələri də burada iştirak etməlidir və onlar öz torpaqlarının taleyini həll etməlidir. Danışıqlar uzunmüddətli və nəticəsiz ola bilər. Ancaq o, müharibədən yaxşıdır”, – deyə Jirinovski bildirib.

Onun sözlərinə görə, Rusiya imperiyası və SSRİ-nin vaxtında etnoslararası və ya ərazi münaqişələri olmayıb: “Ölkə bütöv idi: ruslar, ermənilər və azərbaycanlılar. Razılaşarsınız ki, böyük ailə ilə bir evdə yaşamaq və kiçik ailələrlə eyni mənzildə yaşamaq fərqlidir. Buna görə postsovet məkanında münaqişələri həll etmək üçün bir böyük ölkəni bərpa etmək lazımdır”.(oxu.az)