XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2018 - 20:39

Qırğızıstan prezidenti İlham Əliyevə zəng vurdu –Əməkdaşlıq müzakirəsi

Mayın 18-də Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Strateq.az Azərtac-a istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əməkdaşlığa dair aktual məsələləri müzakirə edib, bundan əvvəl əldə olunmuş razılaşmaların praktiki şəkildə həyata keçirilməsi və ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafının perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.