XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 May 2018 - 21:00

Tramp:"Şimali Koreya nüvə silahından əl çəksə, zəngin ölkə ola bilər"

 

ABŞ prezidenti ehtimal edir ki, Şimali Koreya nüvə silahlarından əl çəksə zəngin ölkə ola bilər. Donald Tramp Kim sülaləsinə adekvat müdafiə vəd edib.

Lakin o əlavə edib ki, Şimali Koreya lideri Kim Çen In bununla razılaşmasa, yoxsul ölkə daha ağır yoxsulluqla üzləşəcək. Prezident deyib ki, son həftə Şimali Koreyanın tonunu dəyişməsi Kimlə Çin prezidenti Tsi Cinpinqin görüşünün nəticəsi ola bilər. “Prezident Tsi Kimə təsir götərə bilib” – deyə, Tramp Ağ Evdə NATO-nun baş katibi Cens Stoltenberqlə bərabər müxbirlər qarşısında bildirib.

Tramp deyib ki, sammit nəticə versə, biz növbəti addımlara keçəcəyik.

ABŞ dövlət başçısı Amerika ilə Şimali Koreya arasında müzakirələrin davam etdiriləcəyini bildirib. İyunun 12-də Tramp və Kim arasında Sinqapurda keçiriləcək zirvə görüşünün məqsədi nüvəsizləşdirilmə və təhlükəsizlik qarantiyalarının şərtlərinin müzakirə ediləcəyi və yekunlaşdırılacağı bu məqamların müəyyən edilməsindən ibarətdir. Şimali Koreyanın nüvəsizləşdirmə danışıqlarından geri çəkilmək hədələri ABŞ və Cənubi Koreya arasındakı hərbi təlim planlarını ləngitməyib.

Pentaqon rəsmiləri ‘Max Thunder’ və ‘Foal Eagle’ adlı 40 ildir ki, keçirilən təlimlərin planlaşdırıldığı kimi keçiriləcəyini bəyan ediblər. Şimali Koreya rəhbərliyi ABŞ-Cənubi Koreya təlimlərini müdaxiləyə hazırlıq kimi qiymətləndirib. Qarşı tərəflər isə bu təlimlərin hər il keçirldiyini və onların sırf müdafiə xarakteri daşıdığını bildirib. (Amerikanın Səsi)