XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

19 May 2018 - 02:09

Ərdoğan İslam dünyasını birləşməyə və vuruşmağa çağırdı –VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dünyasını fələstinliləri dəstəkləmək və İsrailin “zülmünə” qarşı vuruşmaq üçün birliyə çağırıb.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, Ərdoğan mayın 18-də İstanbulda keçirilən çoxminlik mitinqdə müraciət edib, daha sonra 57 üzvü olan İslam Əməkadaşlığı Təşkilatının (İƏT) fövqəladə konfransını açıb.

Türkiyə prezidenti mayın 14-də Qəzza zolağının sərhədində 60 fələstinli etirazçının İsrail qüvvələri tərəfindən öldürülməsini pisləyib.

O, həmçinin ABŞ səfirliyinin Təl-Əvivdən Yerusəlim şəhərinə köçürülməsi hərəkətini tənqid edib.

Mitinqdə çıxış edən Ərdoğan deyib ki, “İsrail zülmünə son qoymağın vaxtı çatıb”.

Ərdoğan çıxışında Qəzza zolağında İsrailin fələstinlilərə qarşı hərəkətini İkinci Dünya Müharibəsi zamanı nasistlərin yəhudilərə qarşı törətdiyi Holokosta bənzədib: “75 il bundan əvvəl Avropada yəhudi xalqının üzləşdiyi qırğınla bizim qəzzalı qardaşlarımızın başına gətirilənlər arasında fərq yoxdur”.

Türkiyə müxalifəti isə bildirir ki, Ərdoğan Qəzzada baş verən hadisələrdən seçkiqabağı “xal toplamaq” üçün istifadə edir.

Strateq.az Türkiyə prezidentinin çıxışının videosunu təqdim edir: