XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

19 May 2018 - 02:22

Pompeo İranı danışıq masasına gətirməyə çalışır –O, mayın 21-dəki nitqində bunu elan edəcək

Prezident Donald Tramp ölkəsini 2015-ci il nüvə sazişindən çıxardıqdan sonra, ABŞ dövlət katibi Mayk Pompeo Avropa və başqa müttəfiqləri İranı danışqılar masasına gətirməyə çağırış edən “diplomatik yol xəritəsi” hazırlayır.

ABŞ-ın vəzifəli siyasi müşavirlərindən Brian Hook mayın 18-də müxbirlərə deyib ki, Pompeo “İranın bütün təhlükələrinin önlənməsinə yönəlik” geniş dəstək üçün çağırış etməyə hazırlaşır. Onun sözlərinə görə, Pompeo bu çağırışı mayın 21-də özünün ilk xarici siyasət nitqində səsləndirəcək.

O, əlavə edib ki, ABŞ rəsmiləri İranın üzərinə yeni iqtisadi təzyiqlərin Tehranın danışıqlar masasına qayıtmasına səbəb olacağına inanırlar. Hookun sözlərinə görə, İranın 2015-ci ildə danışıqlara gəlməsinə də belə bir təzyiq səbəb olmuşdu.

Hook bunu da qeyd edib ki, ABŞ İranla danışıqlarda bütün problemləri içinə alan yeni çərçivə istəyir.

Tramp mayın 8-də ABŞ-ın 2015-ci il sazişindən çıxdığını bəyan edib. O gileylənirdi ki, bu sazişdə İranın ballistik raket proqramı nəzərə alınmayıb.

Hook deyib ki, ABŞ İranın nüvə və ballistik raket proqramlarını, terrorçulara dəstəyini və Suriya və Yəməndə müharibələri qızışdıran zorakı əməllərini nəzərdə tutan yanaşma tələb edir.

2015-ci il nüvə sazişini imzalayan başqa ölkələr – Fransa, Almaniya, Britaniya, Rusiya və Çin Vaşinqtonu İranla nüvə sazişindən çıxmamağa çağırıblar.

ABŞ-ın bütün Avropa müttəfiqləri Trampın qərarından məyus olduqlarını, lakin öz şirkətlərini İranla biznesdə ABŞ-ın yeni sanksiyalarından qorumaq üçün tədbir görəcəklərini bildiriblər.

Lakin Hook israr edir ki, İran məsələsində ABŞ-la Avropa arasında ortaq məqamlar fikir ixtilaflarından çoxdur.

Azadlıq Radiosu