XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

19 May 2018 - 15:49

Dövlət xidmətinin rəisi:“Yola vermək” dövrü arxada qalıb, baş verənləri mətbuatdan öncə bilməliyik"

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində “Azərbaycan ərazisində mövcud fitosanitar vəziyyət və bitki mühafizəsi sahəsində innovativ idarəetmənin tətbiqi” mövzusunda ümumrespublika müşavirəsi keçirilib.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə Dövlət Xidmətinin rəisi Camal Quliyev açıb.

O, çıxışında işçilərinə maksimum dərəcədə fermerlərə yaxın olmağı tövsiyyə edib: “Biz fermerlərin yanındayıq, lakin bəzən rayon daxilində məsələlərə müdaxilə edə bilmirik. Son nəticədə dövlət xidmət haqqında mənfi rəy formalaşıb. Rayon şöbələri bu istiqamətdə fəal olmalıdırlar. Bütün proseslərdən kənarda qalmaq, “yola vermək” dövrü çoxdan arxada qalıb. Şöbələr baş verənləri mətbuatdan öncə bilməlidirlər”.

Bundan başqa, C.Quliyevin sözlərinə görə, Azərbaycanda fitosanitar nəzarətinin elektronlaşdırılması, xüsusi proqram təminatının tətbiqi planlaşdırılır. O, bitki mühafizəsi tədbirlərinin çevikliyini, obyektivliyini və etibarlılığını təmin etmək məqsədilə əsas kənd təsərrüfatı bitkiləri üçün zərərli orqanizmə qarşı mübarizə tədbirlərinin vaxtının və həcminin müəyyənləşdirilməsi, məlumat və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi ilə bağlı daxili kommunikasiya sistemlərinin inkişaf etdirilməsi məsələləri barədə müvafiq tapşırıqlar verilib, işə həvəssiz yanaşma hallarının qarşısının alınmasınının vacibliyini vurğulayıb.