XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2018 - 19:24

Avropa İttifaqı cavab tədbirlərinə hazırlaşır- ABŞ-ın tətbiq edəcəyi rüsumlarla bağlı

Avropa İttifaqı ABŞ tərəfindən polad və alüminium məmulatlarına tətbiq ediləcək rüsumlara cavab olaraq analoji tədbirlərin siyahısını Dünya Ticarət Təşkilatına təqdim edib.

Azərtac xəbər verir ki, rüsumların ümumi həcmi 1,4 milyard avro təşkil edə bilər. Brüsseldə Vaşinqtonun tətbiq edəcəyi ehtimal olunan rüsumların Avropa iqtisadiyyatına zərərini məhz bu məbləğdə qiymətləndirirlər.

İyunun 20-dən etibarən 25 faizlik əlavə Avropa rüsumlarının tətbiq olunacağı amerikan mallarının siyahısına portağal şirəsi, viski, tütün və motosikletlərin daxil ediləcəyi gözlənilir.