Qroznıda kilsəyə hücum etmiş silahlılarla atışma zamanı 2 polis əməkdaşı həlak olub.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib.
Onun sözlərinə görə, həlak olan asayiş keşikçiləri DİN-in Saratov vilayəti üzrə Baş İdarəsinin əməkdaşları olub.
Qeyd edək ki, bundan əvvəl Qroznıda kilsəyə hücum edərək ibadət edən insanları girov götürmək istəyən silahlılara qarşı əməliyyat keçirilib. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində dörd yaraqlı məhv edilib. Qarşıdurmada aldığı güllə yarasından bir polisin öldüyü, birinin isə yaralandığı bildirilmişdi.
Son məlumata görə, yaralanan polis də vəfat edib.
R. Kadırov silahlıların Qərb ölkələrindən birindən təlimat aldığını deyib: “Hazırda zərərsizləşdirilən silahlıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür, ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb”.
APA