XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2018 - 17:35

“Putin Merkeli təhqir etdi, ona gül verməklə qadın olduğunu xatırlatdı…” –Almaniya mətbuatından sərt ittiham

Rusiya Prezidenti Vladimir Putinin Almaniya kansleri Angela Merkelə gül dəstəsi bağışlamasının arxasında gizli bir anlam var.

Bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Yazının müəllifi görüşü kəskin şəkildə tənqid edərək onu “siyasi duel” kimi təqdim edib. Müəlifin sözlərinə görə, Merkelin Soçiyə getməsi sözdə işgüzar səfər olaraq göstərilsə də, əslində əməldə “zərbələrin mübadiləsi” idi. Jurnalist əmindir ki, kanslerə təqdim olunan gül dəstəsi heç də nəzakət anlamına gəlmirdi.

“Nəzakətə bənzəyən bu hərəkət əslində təhqir idi. Dünya siyəsətinin aparıcı simaları gül dəstələri bağışlamaq əvəzinə, bir-birilərinin əlini sıxmalıdır. Bu hərəkət Merkelə onun qadın olduğunu xatırlatmaq üçün edilmişdi. Bu isə təhqir deməkdir”, – deyə jurnalist yazıb.

Xatırladaq ki, “Bild” qəzeti Merkel-Putin görüşünə həsr olunmuş materialda Putinin dünya siyasətinin ağası olduğunu Merkelə göstərdiyini də yazmışdı/Axar.az.