XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 06:33

Gürcülər İŞİD-ə qarşı ETİRAZ nümayişinə çıxdı- FOTO

isid.jpg

Aprelin 19-da Tiflisdə köhnə parlament binasının qarşısında “İŞİD” terror qruplaşmalarının əleyhinə etiraz aksiyası keçirilib.

Strateq.az APA-ya istinadən bildirir ki, aksiyada paytaxt və ətraf rayonlardan gələn müxtəlif millətlərin nümayəndələri iştirak edib. İştirakçılar “İŞİD, dayan!”, “Terrorizm sərhəd bilmir!”, “Qanlı əllərə yox!” və digər şüarlar səsləndiriblər.

Tədbir Tiflisdə fəaliyyət göstərən Gənc Vəkillər Assosiasiyasının və bir neçə qeyri-hökumət təşkilatlarının təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. İştirakçılar qeyd ediblər ki, “İŞİD” yalnız xristianları deyil, müsəlmanları da qətlə yetirir, uşaq və qadınları, qocaları amansızcasına və əzab-əziyyətlə öldürür, güllələyir, dinc və əliyalın əhalini kütləvi şəkildə məhv etmək üçün partlayışlar törədir.

Aksiya insidentsiz başa çatıb.