XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

21 May 2018 - 21:09

Pompeo Rusiyanı “işğalçı” adlandırdı:"ABŞ Gürcüstanı qəti olaraq dəstəkləyir"

“ABŞ Gürcüstanı qəti olaraq dəstəkləyir və bu möhkəm dəstək davam etdiriləcək”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra bildirib.

Dövlət katibi G.Kvirikaşvilini Gürcüstanın ilk respublikasının yaranmasının 100 illiyi münasibətilə təbrik edib: “Bu il həmçinin Rusiyanın Gürcüstan ərazilərini işğal etməsindən 10 il ötür. ABŞ birmənalı olaraq Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalını pisləyir. Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiya bölgəsi Gürcüstanın ayrılmaz hissəsidir”.

M. Pompeo Rusiyanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərinin tanınması ilə bağlı qərarını geri çağırmağa çağırıb.