XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

21 May 2018 - 22:55

Ruhani ABŞ-ı hədələdi:“İran xalqı artıq sizin riyakarlığınızdan bezib”

 

Rəsmi Vaşinqtonun İrana və bütün dünyaya fəaliyyətində diktə etməyə haqqı yoxdur.

APA-nın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani bəyan edib. “ABŞ-ın müstəqil və suveren dövlətlər adından qərarlar qəbul etməsini dünya artıq qəbul etmir. ABŞ hökuməti 15 il əvvələ, 2003-cü ildə Corc Buşun bəyanatlar verdiyi dövrə qayıdıb. Sizin bəyanatlarınızın vaxtı bitib. İran xalqı artıq sizin riyakarlığınızdan bezib və heç vaxt bunu qəbul etməyəcək”, – deyə H.Ruhani vurğulayıb.

Qeyd edək ki, bu gün ABŞ dövlət katibi Mayk Pompeo İranla yeni razılaşma imzalanması üçün 12 şərt irəli sürüb.