XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 06:46

AŞPA-nın yaz sessiyası BAŞLANIR: Rusiyanın mandatı MÜZAKİRƏ olunacaq

aspa.jpg

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işə başlayır.

Strateq.az bildirir ki, aprelin 24-dək davam edəcək sessiyada Ukraynadakı vəziyyət, İŞİD terrorçu qruplaşmasının fəaliyyətinin nəticələri, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin dondurulmuş mandatına yenidən baxılması, Monako ilə monitorinq sonrası dialoq, Avropa İnsan Haqları Konvensiyasının səmərəliliyi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyada iştirak edəcək.
Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Elxan Süleymanov, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildir.
Sessiyada nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

X. SƏFƏRLİ