Ronald Reyqana atəş açan Con Hinkli 34 il ruhi xəstəxanada saxlandıqdan sonra ona anasının yanında yaşamağa icazə verilə bilər.
Strateq.az bildirir ki, bu barədə SkyNews məlumat yayıb. Con Hinkli ABŞ Prezidenti olmuş Ronald Reyqana sui-qəsd etdikdə onun 25 yaşı var idi. 1981-ci ildə baş verən hadisə nəticəsində prezident və daha üç nəfər yaralanmışdı.
Həmin vaxt məhkəmə onun ruhi xəstə olduğunu əsas gətirərək günahsız bilmiş və ruhi xəstəxanada müalicəyə məhkum etmişdi. 59 yaşlı Con Hinklinin azad edilməsi ilə bağlı məhkəmə dinləmələri aprelin 22-də başlayacaq.