XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2018 - 18:50

Tramp Kim Çen İnlə görüşdən imtina etdi- Səbəbini məktubla açıqladı

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşdən imtina edib.

Strateq.az-ın məlumatına görə, bu barədə Tramp Kim Çen İnə ünvanladığı məktubunda bildirib.

Tramp qeyd edib ki, iyunun 12-də Sinqapurda baş tutmalı olan görüş təxirə salınır. Buna səbəb son vaxtlar Şimali Koreya tərəfindən səslənən bəyanatlarda açıq düşmənçilik notlarının olmasıdır. Bu da çoxdandır gözlənilən görüşün indiki məqamda keçirilməsini qeyri-mümkün edir.

Lakin Ağ Ev rəhbəri gələcəkdə belə bir görüşün təşkilini istisna etməyib.

“Əgər siz gələcəkdə bu fövqəladə görüşlə bağlı mövqeyinizi dəyişsəz, mənə zəng etməkdən və ya yazmaqdan çəkinməyin”, – deyə Tramp Kim Çenə bildirib.

 

 

Strateq.az