XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2018 - 21:55

Kəşfiyyatçılarımızın təlimi başa çatdı –NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində (VİDEO)

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi bu gün başa çatıb.

Strateq.az Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Qaraheybət Təlim Mərkəzində keçirilən təlimdə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.

Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının monitorinq qrupu tərəfindən izlənilib.