XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 May 2018 - 16:23

Koreya liderləri yenidən görüşüblər- Panmuncom qəsəbəsində

Koreya Respublikasının Prezidenti Mun Ce-in və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In yenidən görüşüblər.

Azərtac xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident ofisi məlumat yayıb. Görüş mayın 26-da yerli vaxtla saat 15:00-dan 17:00-dək iki Koreya arasındakı demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsində baş tutub.

Dövlət başçıları aprel ayında keçirilmiş görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsinə dair məsələləri müzakirə ediblər.

Prezident Mun Ce-in yaxın saatlarda görüşdə əldə olunan nəticələr barədə açıqlama verəcək.