Prezident İlham Əliyevin oğlu Heydər Əliyev təhsil aldığı “ADA” Universitetindən məzun olub.
Strateq.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu gün “ADA”dan məzun olanlar üçün keçirilən tədbirdə Heydər Əliyevin valideynləri – Pezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva da iştirak ediblər.
Dövlət başçısı tələbələr qarşısında çıxış edərək onları təbrik edib və gələcək həyatlarında uğurlar arzulayıb.
İ.Əliyev məzunların bir qrupuna diplomları təqdim edib.
Bu tədris ilində ADA universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb.
Qeyd edək ki, 2013-cü ildə 590 bal toplayaraq “ADA” Universitetinə qəbul olan Heydər Əliyev “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alıb.