XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

27 May 2018 - 04:30

PAŞİNYANDAN BİZİM MƏMURLARI DA UTANDIRACAQ ADDIM –Oğlunu cəbhə xəttinə göndərir

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan yay çağırışı dövründə orduda xidmət etməyə yollanacaq.

“İnterfaks”ın məlumatına görə, “Facebook” səhifəsində canlı yayımda Nikol Paşinyan bildirib ki, mart ayında oğlunun 18 yaşı tamam olub və qanuna müvafiq olaraq, o, orduda xidmətə yollanır.

Öz növbəsində Aşot Paşinyan bildirib ki, ərizə yazıb və xidmətini işğal olunmuş Qarabağda keçmək istəyir.

Eyni zamanda, Nikol Paşinyan orduda xidmət etməmək üçün Ermənistanı tərk etmiş həmvətənlərini 20 gün ərzində respublikaya qayıtmağa və orduda xidmət keçməyə çağırıb.

Virtualaz.org