XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

27 May 2018 - 10:23

Tramp fikrini dəyişdi:"Görüş yeri və vaxtı dəyişməz qalır"

ABŞ prezidenti Donald Tramp əvvəl nəzərdə tutulduğu kimi, iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla görüşə biləcəyini deyib.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Tramp jurnalistlərə görüş üzərində çoxlu insanın işlədiyini bildirib. “Yaxşı irəliləyiş var. Biz iyunun 12-də Sinqapuru nəzərdə tuturuq, bu, dəyişməyib”, – deyə prezident qeyd edib.

Xatırladaq ki, mayın 24-də Donald Tramp Sinqapurda sammit keçirməkdən imtina etdiyi barədə Şimali Koreya lideri Kim Çen Ina məktub göndərmiş, bunu KXDR tərəfinin son bəyanatında nümayiş etdirdiyi “böyük qəzəb və açıq düşmənçilik” ilə əsaslandırmışdı.

Dünən isə KXDR lideri Kim Çen In və Cənubi Koreya Prezidenti Mun Ce-in arasında ikinci görüş olub. Tərəflər 27 aprel bəyannaməsinin ən qısa müddətdə reallaşdırılması niyyətlərini elan ediblər. Eyni zamanda, Kim Çen In ABŞ-la sammit keçirməkdə qərarlı olduğunu təsdiqləyib.