XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

27 May 2018 - 22:18

İsrail Qəzza bölgəsinin dənizlə sərhədinə hasar çəkir:"Bu sədd HƏMAS-ın planlarını alt-üst edəcək"

İsrail Qəzza bölgəsinin dəniz sərhədi zolağında sədd inşasına başlayıb.

Bu barədə İsrail Müdafiə naziri Aviqdor Liberman məlumat verib.

“Sahil zolağından İsrail topraqlarına qeyri-qanuni daxilolmaların qarşısı alınacaq. Dünyada bənzəri olmayan tikintidən söhbət gedir. Bu sədd HƏMAS-ın planlarını alt-üst edəcək və onun strateji silahını istifadəsiz hala gətirəcək”, – nazir bildirib.

Qeyd edək ki, 2014-cü ildə Qəzzada fələstinlilərə qarşı əməliyyatdan sonra sözügedən səddin inşası ilə bağlı qərar qəbul edilib/Axar.az.