XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

28 May 2018 - 14:41

Prezident İlham Əliyev:"Gücümüzü döyüş meydanında sübut etmişik”

 

“Biz heç vaxt imkan verməyəcəyik ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti qurulsun”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini vurğulayıb.

Prezident qeyd edib ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır: “Bunu döyüş meydanında da sübut etmişik. 2016-cı ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu göstərir ki, güclü ordu müstəqilliyimizin qarantıdır”.

Bizim siyasətimiz milli maraqlar üzərində qurulub” –deyə dövlət başçısı çıxışında bildirib.

Prezident vurğulayıb ki, xalqın maraqları bizim siyasətimizin mənbəyidir. Prezident İlham Əliyev bugünkü uğurların əsasında xalq-iqtidar həmrəyliyinin dayandığını, ölkəmizin beynəlxalq nüfuzunun və mövqelərinin daha da möhkəmləndiyini bildirib.

Dövlət başçısı 1991-ci ildə ikinci dəfə müstəqilliyə qovuşan Azərbaycanın çətin sınaqlardan keçdiyini, o vaxtkı hakimiyyətin ölkəni idarə olunmaz vəziyyətə saldığını, torpaqlarımızın işğal olunduğunu bildirib.  O qeyd edib ki, xalqımız nicat yolunu çıxış yolunu Heydər Əliyevi hakimiyyətə dəvət etmək də gördü: “Çünki Heydər Əliyev hələ ölkəyə rəhbərliyinin birinci dövründə respublika və xalq üçün böyük işlər görmüşdü. 1990-cı ildə qanlı 20 Yanvar faciəsinə Moskvada öz etiraz səsini ucaltmışdı”.