XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

28 May 2018 - 18:36

Ərdoğan:“Türkiyənin inkişafını ləngitməyə çalışırlar”

 

“Bir sıra qüvvələr təkcə tabeliklərində olan terror təşkilatlarını deyil, həm də iqtisadi təzyiqdən istifadə etməklə Türkiyənin inkişafını ləngitməyə çalışır”.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Isparta şəhərində keçirilən seçkiqabağı mitinqdə deyib.

Ərdoğan deyib: “Valyuta bazarlarında manipulyasiyalar Türkiyənin inkişaf sürətini azaltmayacaq”.

Bundan əlavə Türkiyə prezidenti bildirib ki, Ankara terrorçuluğa qarşı uğurlu mübarizə aparır, bunun bariz nümunəsi isə həm ölkə daxilində, həm də Suriyada və İraqda zərərsizləşdirilən terrorçuların sayıdır: “Son zamanlarda Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalına 419 terrorçu, Türkiyədə isə 405 PKK terrorçusu zərərsizləşdirib. Afrində “Zeytun budağı” əməliyyatı başlayandan 4480 terrorçu zərərsizləşdirilib”.