XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 May 2018 - 19:16

Rusiyada bir respublika rəhbəri və qubernator istefa verdi –Səbəb

 

Rusiyanın Saxa Uzaq Şərq respublikasının rəhbəri istefa verdiyini açıqlayıb.

Yegor Borisov mayın 28-də Instagramda yazıb ki, “öz xahişiylə” istefa verir, istefaya ona görə gedir ki, “istənilən səviyyədə rotasiya baş verməlidir”.

63 yaşlı Borisovun fikrincə, Rusiya prezidenti Vladimir Putin martda daha altı illiyə prezident seçiləndən sonra regiona “yeni lider lazımdır”.

Etnik yakut olan Borisov 2014-cü ildə respublika rəhbəri seçilib, səlahiyyət müddəti 2019-cu ildə bitirdi.

Putin martın 18-də prezident seçilib, tənqidçilər seçkinin saxtakarlıqla keçdiyini bildirib. Müşahidəçilər Kremlin Borisovdan narazı qaldığını iddia edir. Bir səbəb Putinin Saxa regionundan nisbətən az səs almasıdır. Sakha Rusiyanın 85 federal subyektindən ən böyüyüdür, almaz və digər faydalı qazıntılarla zəngindir. Kremlin mətbuat xidməti mayın 28-də bildirib ki, Putin Maqadan vilayətinin qubernatoru Vladimir Pechyonynin istefasını qəbul edib. Onu hələlik, Sergei Nosovun əvəzləyəcəyi xəbər verilir. (Azadlıq Radiosu)