XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 May 2018 - 10:21

Fransanın məşhur jurnalı Ərdoğanı Hitlerə bənzətdi –Türkiyədən sərt reaksiya gədli, Makron isə “Le Point”-i dəstəklədi

Üz qabığında Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın “Diktator” sərlövhəsi ilə fotosunu verən Fransız “Le Point” jurnalı Ərdoğan tərəfdarlarının zorakılığına məruz qaldığını bəyan edib. Strateq.az “BBC Azərbaycanca”-ya istinadən bildirir ki, bu qalmaqala Fransa prezidenti də reaksiya verib. Emmanuel Makron açıqlama verərək zorakılığın “qəti şəkildə qəbul edilmədiyini” deyib.

Makron bazar ertəsi günü “Twitter” hesabında yazıb ki, “mətbuat azadlığı əvəzolunmazdır, bunsuz diktatorluqdur”.

Jurnalın bu nömrəsi çapdan çıxdıqdan sonra Fransanın cənubundakı Avington şəhərində bəzi türk vətəndaşları jurnalın reklamlarını bağlamağa çalışıblar. Bazar günü isə Valence şəhərində eyni hadisələr baş verib.

“Le Point” jurnalından bildirilib ki, “onlara qarşı sosial mediadan da təhqirlər, həqarət yağır, hədələnirlər və ünvanlarına anti-semit böhtanlar atılır”.

Sol baxışlı jurnalın son sayında Türkiyə prezidenti Ərdoğan, onun hakimiyyət dövrü ilə bağlı araşdırma yazısı və “Ərdoğan yeni Hitlerdimi” başlıqlı məqalə dərc olunub.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın jurnalın son sayının çapından sonra “Twitter” hesabında yazıb: “bir fransız jurnalı cənab Ərdoğana diktator deyib. Bu hücumlardan xəbərdarıq. Məqsədlərinin nə olduğunu bilirik. Türkiyənin sizdən təlimat aldığı günlər geridə qaldı. “Diktator” deyərək o günləri geri qaytara bilməzsiniz”.

AKP hökumətinə yaxın media orqanlarında bəzi şəxslərin jurnal reklamlarına müdaxilə etdiklərinə dair görüntülər paylaşılıb.