XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

29 May 2018 - 10:35

500-700 bal toplayanların sayı 10 faizə çatmır –Təhsil eksperti qəbul imtahanlarının nəticələrini açıqladı

Təhsil eksperti Kamran Əsədov 2018-2019 – cu il üçün ali məktəblərə qəbul imtahanlarının yaz sessiyasının nəticələrini açıqlayıb. Strateq.az həmin nəticələri oxuculara təqdim edir:

Ümumilikdə I – IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahan verib ki, onlardan da 9.8 faizi 500-700 arası bal toplayıb.

I ixtisas qrupu üzrə 27478 nəfər iştirak edib, onlardan 1916 – nəfər 500-700 arası bal toplayıb.

II ixtisas qrupu üzrə nəfər 16700 iştirak edib, onlardan 1328 nəfər 500-700 arası bal toplayıb.

III ixtisas qrupu üzrə 18900 nəfər iştirak edib, onlardan 2145 nəfər 500 – 700 arası bal toplayıb.

IV ixtisas qrupu üzrə 4981 nəfər iştirak edib, onlardan 1365 nəfəri 500-700 arası bal toplayıb.

10 nəfər maksimum nəticə, 700 bal toplayıb.

Xatırladaq ki, 2018-2019 – cu tədris ili üçün ali məktəblərə 45 min plan yeri ayrılıb.