XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

29 May 2018 - 16:37

“İrandan gələn qaçqınlar Azərbaycanı bürüyəcək” –Jirinovskidən sensasiyalı proqnoz  

ABŞ-ın İranla nüvə sövdələşməsindən çıxması bu ölkədə sosial partlayışa səbəb olacaq, nəticədə iranlı qaçqınlar Qafqaza axın edəcək. Belə proqnozla rusiyalı siyasətçi, LDPR sədri Vladimir Jirinovski Primakov qiraətində çıxış edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar İran iqtisadiyyatını dağıda bilməyəcək. Çünki İran dayanaqlı ölkədir, ancaq dini qruplar arasında qarşıdurma yarana və bu da sosial qeyri-sabitliyə gətirib çıxara bilər. Çünki İranda çoxdandır sünnülərlə şiələr arasında mübahisələr gedir.

“Bəs iranlılar hara qaçacaq? Ancaq şimala: onlar Gürcüstanı, Ermənistanı və Azərbaycanı bürüyəcəklər, siz onları Rostovda da görəcəksiniz. Biz ki, ABŞ Meksika sərhədini hasarladığı kimi özümüzü hasarlaya bilmərik”-Jirinosvki deyib.