XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2018 - 20:36

Azər Qasımlı həbs edildi –30 sutka verildi

Bu gün, mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyasının təmsilçisi Azər Qasımlıya 30 sutka həbs verilib.

Strateq.az xəbər verir ki, bu haqda jurnalistlərə vəkil Elçin Sadıqov məlumat verib.

E.Sadıqov deyib ki, Azər Qasımlı polisə tabe olmamaqda günahlandırılır: “Polisin iddasına görə, o, küçədə ünvansız söyüşlər söyüb. Azər Qasımlı ittihamı qəbul etmədi. O, hesab edir ki, inzibati qaydada həbsi dünən, mayın 28-də Bakının mərkəzində 28 May – Respublika Günü münasibətilə yürüş keçirmələri ilə bağlıdır.”