XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 May 2018 - 10:30

OPEK-in baş katibi Azərbaycanı təriflədi:“Cənub Qaz Dəhlizi enerji xəritəsini dəyişəcək"

“Azərbaycan mühüm rolu ilə enerji landşaftına təsir edib”. Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” konfransında OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.

Baş katib mart ayında Bakıya səfərini xatırladaraq Azərbaycanla əməkdaşlığın əhəmiyyətindən danışıb: “Azərbaycanla əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub”.

O, Azərbaycanın neft hasilatının beşiyi olduğunu, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, “Şahdəniz” yatağının əhəmyyətini qeyd edib: “Şahdəniz 2” layihəsi ən iri enerji layihələrindən biridir. Bu həm ölkənin neft- qaz sektoruna, həmçinin dünyaya töhfə verəcək. Cənub Qaz Dəhlizi enerji xəritəsini dəyişəcək”.

Baş katib çıxışında OPEC+ formatında əməkdaşlığın əhəmiyyətini də qeyd edərək bütün hasilatçı ölkələri bu formata qoşulmağa çağırıb: “OPEC-ə üzv və qyeri-üzv ölkələrin əməkdaşlığının qlobal iqtisadiyyata töhfəsi danılmazdır”.