XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2018 - 12:19

Lavrov:"ABŞ ilə münasibətləri normallaşdırmağa hazırıq"

Rusiya ABŞ ilə münasibətləri normallaşdırmağa hazırdır və Vaşinqtondan konkret təkliflər gözləyir.

Trend-in məlumatına görə, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov beynəlxalq forumda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, təəssüf ki, Rusiya ilə ABŞ münasibətlərində cəbhələşmə normaya çevrilib.

Rusiyalı nazir deyib: “Və bu bizdən asılı deyil. Nə ABŞ, nə də başqa bir ölkə ilə münasibətlərdə cəbhələşmə istəmirik”,

S.Lavrov Rusiyanın bütün istiqamətlər üzrə əlaqələri bərpa etməyə hazır olduğunu da xüsusi vurğulayıb.