XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

31 May 2018 - 00:36

Əsəd Trampın ona “heyvan” deməsinə belə cavab verdi:"Mən belə ifadələrdən istifadə etməyəcəyəm"

Suriya prezidenti Bəşər Əsəd Amerika lideri Donald Trampın onun ünvanına səsləndirdiyi təhqirlərə cavab verib.

Suriya lideri “Russian Today” telekanalına müsahibəsində Tramp tərəfindən səsləndirilən təhqirlərə laqeyd yanaşdığını bildirib.

“Mən belə dillə danışmıram və belə ifadələrdən istifadə etməyəcəyəm. Trampın belə dili onun haqqında təsəvvür yaratmağa imkan verir. O, öz mahiyyətini göstərmək istəyirdi, vəssalam”, – Əsəd deyib.

Xatırladaq ki, apreldə Duma şəhərində kimyəvi hücumu haqqında xəbərlərin fonunda Tramp Suriya liderini “heyvan” adlandırıb/Publika.az